12:07, 10 Dekabr 2018 (Bazar ertəsi) 653

Gömrükdən aylıq gəlir azalıb

Gömrükdən aylıq gəlir azalıb
Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 274 mln. 581.6 min manat vergi və rüsumlar daxil olub.

Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 27.86% çoxdur. DGK-nın saytında yer alan məlumata görə, ötən ilin eyni ayında bu gəlir 214 mln. 750.1 manat təşkil edib.

2018-ci ilin oktyabrında isə gömrükdən 378 mln. 122.30 manat gəlir əldə edilmişdi. Aylıq azalma olsa da, son bir ildə gömrükdən daxilolmaların kəskin artdığı açıqlanıb.

Son bir ildə ölkəyə idxal edilən bəzi malların gömrük rüsumu artırılıb.

Üstəlik, hakimiyyət rəsmiləri gömrük daxilolmalarının artmasını bu sahədə şəffaflığın artırılması ilə izah edirlər.

Azadlıq Radiosu