15:10, 21 Noyabr 2019 (Cümə axşamı) 72

"Google" siyasi reklamları məhdudlaşdırır



/ DÜNYA
"Google" şirkəti gələn ilin yanvar ayından etibarən siyasi reklam verən qurum və şəxslərə istifadəçilərin şəxsi məlumatlarından istifadə edərək reklam göndərməsini qadağan edəcək.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, gələn ildən etibarən siyasi reklam verənlər sadəcə cins və yaş kimi ümumi kateqoriyalardan istifadə edəcəklər.

Yeni qaydalar əvvəlcə İngiltərədəki seçkilərdə tətbiq ediləcək və yanvarın əvvəlindən isə hər yerdə tətbiq ediləcək.
 
Daha əvvəl Tvitterin icraçı direktoru Cek Dorsey siyasi reklam almayacağlarını açıqlamışdı.