17:47, 13 Avqust 2019 (Çərşənbə axşamı) 299

“Görüşün təxirə salınmasını böyük ehtimalla Kreml təklif edib" - Ekspert

“Görüşün təxirə salınmasını böyük ehtimalla Kreml təklif edib
Azərbaycan, İran və Rusiya prezidentlərinin üçlü zirvəsinin təxirə salınmasında Azərbaycan və İran prezidentləri maraqlı ola bilməz. 

Bunu politoloq Elxan Şahinoğlu Azərbaycan İran Rusiya prezidentlərinin göruşu təxirə salinmasını şərh edərkən bildirib. 

Görüş avqustun 14-də Soçidə keçirilməli idi. Amma Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sammitin başqa vaxta keçirildiyini bildirib. 

O bunu texniki səbəblərlə əlaqələndirib. 

Politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında qeyd edib ki, Azərbaycan və iran dövlət başçılarının üçlü əməkdaşlığa ehtiyacları var. 

"Görüşün təxirə salınmasını böyük ehtimalla ev yiyəsi Kreml təklif edib. Görəsən Rusiya prezidenti Vladimir Putini azərbaycanlı və iranlı həmkarı ilə görüşü təxirə salmağı hansı "texniki" səbəb məcbur edib? Görünən odur ki, Putin üçün daha vacib mövzu və mövzular ortaya çıxıb ki, azərbaycanlı və iranlı həmkarıyla görüşü sonraya saxlamağı lazım bilib. Halbuki nəzərdə tutulan üçlü zirvə, sadəcə, elə bir neçə saatlıq diskusiyya mahiyyəti daşıyacaqdı”.

Qeyd edək ki, Soçidə hər üç prezidentin bir-biri ilə təkbətək görüşü də nəzərdə tutulmuşdu. 

Azərbaycan, İran və Rusiya prezidentləri İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin 2016-cı ilin avqustunda Bakıda görüşüblər. 

İkinci görüş 2017-ci ilin noyabrında Tehranda olub.

Şəmsiyyə İbişova