Siyasət

GUAM: Münaqişələrin həll olunmaması narahatlıq doğurur

13 Dekabr, 2019
497
GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) üzvü olan dövlətlərin hökumət başçıları bu ölkələrin ərazilərində baş verən, onların suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına xələl gətirən həll edilməmiş münaqişələrlə bağlı dərin narahatlıq ifadə ediblər.

Təşkilatın rəsmi saytında Kiyev şəhərində keçirilən zirvə görüşünün yekununa dair GUAM-ın hökumət başçılarının birgə bəyanat yayımlanıb.

Bəyanatda həmçinin bu cür münaqişələrin "dayanıqlı inkişafa və hərtərəfli inkişafa” mane olmaqla "regional sülhə, təhlükəsizliyə, sabitliyə ciddi təhlükə” yaratdığı vurğulanır.

Dövlət ərazisinin başqa bir dövlət tərəfindən hədə-qorxu, yaxud güc tətbiqi vasitəsilə ələ keçirilə bilməyəcəyini, bu kimi hərəkətlər nəticəsində ərazi əldə etməyin, habelə hərbi işğal və ya ilhaqın yekdilliklə qanunsuz hesab ediləcəyini diqqətə çatdıran bəyanat müəllifləri BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş beynəlxalq hüquq normaları və prinsipləri əsasında, dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilindəki ərazi bütövlüyünə və suverenliyinə tam şəkildə hörmət etmək şərti ilə GUAM ölkələri ərazisindəki münaqişələrin həll olunmasının vacibliyini qeyd ediblər.

GUAM regionunun "Avropa ilə Asiyanı birləşdirən alternativ təbii körpü olaraq coğrafi üstünlüklərindən” yararlanmağı təklif edən sənəd müəllifləri GUAM üzv ölkələrinin iqtisadi, mədəni, insani potensialını da üzə çıxartmağa tərəfdar çıxıblar.

Bununla yanaşı, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün müasir rəqəmli texnologiyalarının inkişaf etdirilməsinin, o cümlədən yük daşımalarının asanlaşdırılması və sürətlənməsi üçün nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırəılmasının zəruri olduğunu qeyd edən hökumət başçıları həmçinin nəqliyyat dəhlizinin texniki iqtisadi əsaslandırılması üzərində işləri sürətləndirmək əzmində olduqlarını təsdiqləyiblər.

Bəyanat müəllifləri Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna arasında sərbəst ticarət zonası yaratmaqla bağlı plan hazırlamaq barədə də razılığa gəliblər. 

Bundan əlavə, işgüzar və sahibkarlıq subyektlərin gömrük, nəqliyyat, ticarət, turizm sahələri haqqında zəruri məlumatlar əldə etmək üçün GUAM virtual ticarət qovşağının yaradılmasını tezləşdirmək və asanlaşdırmaq barədə aidiyyatı milli qurumlara müvafiq tapşırıqlar verilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo