14:25, 07 Yanvar 2019 (Bazar ertəsi) 299

Güclü külək gözlənir

Güclü külək gözlənir
Yanvarın 8-də axşam Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında da axşam yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.

Yanvarın 7-si axşamdan 8-i gündüzədək Bakı və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənir.