10:27, 03 İyul 2019 (Çərşənbə) 46

Günəş tutulması baş verib

Günəş tutulması  baş verib
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) baş verib.

Bu barədə "Report.az"  xəbər verib.

Xəbərə görə, bu tutulma 2001-ci ilin iyunun 21-də tam Günəş tutulmasının təkrarıdır. 

Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək. Təbiət hadisəsi 4 saat 55 dəqiqə davam edib. 

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.

Bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.