11:48, 14 Dekabr 2018 (Cümə) 613

Günün valyuta məzənnələri

Günün valyuta məzənnələri
Dekabrın 14-də avro (1,9314 manat) və Gürcüstan larisi (0,6377 manat) ucuzlaşıb.

Mərkəzi Bank məzənnələri sabit qalan ABŞ dollarını 1,7, Rusiya rublunu 0,0256 manata təklif edir.

İngiltərə funt sterlinqinin kursu 2,1474, Türkiyə lirəsi 0,3176 manata yüksəlib (Məzənnələr).

2018-ci ilə 1,7001 manatla başlayan dollar martın 7-dən 1,7 manatadır. Avro ilə 2,0431, lari 0,6601, funt 2,2985, rubl 0,0297, lirə 0,4495 manatla start verib.

Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 783,3 milyon ABŞ dolları məbləğində vəsait satıb.