15:22, 27 İyun 2019 (Cümə axşamı) 46

Gürcü deputat 9 illik həbs oluna bilər

Gürcü deputat 9 illik həbs oluna bilər


/ DÜNYA
Tbilisi Şəhər Məhkəməsində ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melianın işi üzrə iclas keçirilir.

Bu barədə "Report” xəbər verir.

Xəbərdə deyilir ki, Gürcüstanın Baş Prokurorluğu məhkəməyə N.Melianın ilkin həbsi ilə bağlı müraciət edib.

Məhkəmə iclasında VMHP ilə yanaşı, Avropalı Gürcüstan Partiyasının üzvləri, N.Melianın yaxınları və dostları da iştirak edirlər.

Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda təqsirləndirilir. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir.