17:37, 09 Sentyabr 2019 (Bazar ertəsi) 38

Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımayıb

Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımayıb
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN)  Dağlıq Qarabağda keçirilən "yerli idaetmə orqanlarına” adlandırılan "seçkiləri” və onların nəticələrini tanımır.

"Report.az"ın xəbərinə görə, Gürcüstan XİN-in bəyanatında bildirilib.

Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bəyanatda Gürcüstan XİN-in münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb.