20:00, 25 İyun 2019 (Çərşənbə axşamı) 52

Gürcüstan deputatlar arasında qarşıdurma baş verib

Gürcüstan deputatlar arasında qarşıdurma baş verib


/ DÜNYA
Gürcüstan parlamentinin büro iclasında deputatlar arasında qarşıdurma baş verib.

Bu barədə "Report” xəbər verir.

Xəbərdə deyilir ki, mübahisə Vahid Milli Hərəkat Partiyasının deputatı Roman Qotsiridze və parlament çoxluğunun üzvü Akaki Zoidze arasında yaranıb.

Mübahisə zamanı parlament üzvləri bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Parlament sədri Arçil Talakvadze R.Qotsiridzedən iclas zalından çıxmasını tələb edib. Lakin vəziyyət sakitləşdiyindən müxalif deputat zalı tərk etməyib və iclas davam etdirilib.

Büro iclasında deputat Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun təqdim etdiyi müraciətə baxılır.