18:29, 19 İyun 2019 (Çərşənbə) 81

Gürcüstan məhkəməsi azərbaycanlı fəalla bağlı qərar qəbul edib

Gürcüstan məhkəməsi azərbaycanlı fəalla bağlı qərar qəbul edib
Gürcüstan məhkəməsi azərbaycanlı fəal Avtandil Məmmədovun 3000 lari (1200 dollar) qarşılığında üç ay müddətinə azad edilməsini qərara alıb. 

Bu müddətdə müxalifətçinin ekstradisiyası barədə Bakının sorğusu araşdırılacaq. 

Bu barədə "Turan İA"  A.Məmmədovun yaxınları bildiriblər.

O, pul girovu barədə qərar çıxarılan kimi azadlığa buraxılacaq.

A.Məmmədov Azərbaycanın şimal bölgəsində hüquq-müdafiə fəaliyyətilə məşğul olub. 2017-ci ildə Gürcüstana gedib və orada siyasi sığınacaq istəyib.

Həmin vaxtdan Azərbaycan hakimiyyətini kəskin tənqid edib.

Gürcüstan polisi iyunun 17-də Tbilisi vaxtı ilə saat 11 radələrində onun Marneuli rayonunda yaşadığı evə gələrək həbs olunduğunu bildirib və qoluna qandal keçirərək Kvemo-Kartli Polis İdarəsinə aparıb