22:56, 26 Oktyabr 2018 (Cümə) 198

Gürcüstanda etiraz aksiyasına prezidentliyə namizədlər də qoşulub

Gürcüstanda etiraz aksiyasına prezidentliyə namizədlər də qoşulub


/ DÜNYA

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında Zaza Saralidzenin azadlığa buraxılması tələbi ilə keçirilən aksiya davam edir.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiyaya prezidentliyə iki namizəd də qoşulub.

"Güc birlikdədir” müxalif siyasi birliyinin namizədi Qriqol Vaşadze və Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.