15:18, 12 Dekabr 2019 (Cümə axşamı) 126

Spiker: "Gürcüstan parlamentinə kimyəvi hücum olub"

Spiker:


/ DÜNYA
Gürcüstan parlamentinin iclas zalında insident baş verib. Baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb.

"Report" xəbər verir ki, onların ikisi deputat, digər ikisi isə parlamentin əməkdaşıdır.
 
Parlamentin keçmiş sədri İrakli Kobakhidze bəyan edib ki, iki müxalif deputat parlamentə naməlum maye buraxıblar.

"Müxalifəti təmsil edən iki deputat iclas zalına girərək oraya maye töküblər. Yəqin, məqsədin nə olduğunu təxmin edirsiniz. Elə burdaca buna ciddi reaksiya veriləcəyini vəd edə bilərik”, – Kobakhidze deyib.

Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Parlamentə təcili tibbi yardım çağırılıb. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

İnsidentə görə məsuliyyəti "Utanc" hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, "mövcud sistem iylənir". 

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı sağlamlığa qəsdən ciddi zərərvurma maddəsi ilə istintaqa başlayıb.