14:23, 03 Sentyabr 2019 (Çərşənbə axşamı) 36

Gürcüstan parlamentinin iclası qalmaqalla başlayıb

Gürcüstan parlamentinin iclası qalmaqalla başlayıb


/ DÜNYA
Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası təyin olunan vaxtdan gec başlayıb.

Bu barədə "Report.az"  xəbər verib.

Xəbərdə deyilir ki, buna səbəb Avropalı Gürcüstan Partiyasının üzvlərinin daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədlyinin irəli sürülməsinə etiraz etmələri olub.

Partiyadan olan deputat Elene Xoştaria fit çalaraq iclasın vaxtında başlanmasına imkan verməyib.

Parlament sədri Arçil Talakvadze toplantıda fasilə elan edib.

Müxalif deputatlar zaldan çıxandan sonra iclas başlayıb. Toplantıda hökumət dəyişiklikləri müzakirə olunur.