16:34, 02 Dekabr 2019 (Bazar ertəsi) 27

Gürcüstan parlamentinin komitə sədri istefa verib

Gürcüstan parlamentinin komitə sədri istefa verib


/ DÜNYA
Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib.

"Report” xəbər verir ki, bu barədə o, özü jurnalistlərə açıqlama verib.

A.Zoidze siyasətdən də getdiyini deyib.
 
A.Zoidze Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsini təklif edib. Parlament üzvünün bu təklifi hakim Gürcü Arzusu Partiyasında dəstəklənməyib.