16:50, 21 İyun 2019 (Cümə) 134

Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.
 
Bu barədə xəbəri "Report.az" yayıb.

Gürcüstan bürosunun məlumatına görə, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.

İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub.

Onun yerinə isə  parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.

Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.

Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.