17:03, 28 Oktyabr 2019 (Bazar ertəsi) 42

Gürcüstan prezidentinin saytına kiber hücum olub

Gürcüstan prezidentinin saytına kiber hücum olub


/ DÜNYA
Gürcüstanın Prezident Administrasiyasının rəsmi www.president.gov.ge saytına hakerlər tərəfindən kiber hücum olub.

Bu barədə "Report"un yerli bürosu xəbər verib.
 
Bildirilir ki, saytda sabiq prezident Mixeil Saakaşvilinin fotosu və "Mən qayıdacağam" sözləri yerləşdirilib.
  
Problem qısa zamanda həll edilsə də, hazırda sayta giriş mümkün deyil.

Bu cür haker hücumunun bir neçə sayta edildiyi barədə məlumatlar yayılıb.