Dünya

Gürcüstan seçkinin ikinci turu ərəfəsində

27 Noyabr, 2018
1341
Gürcüstanın Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçiriləcək prezident seçkisinin 3703 məntəqədə təşkil olunacağını açıqlayıb. 

Seçki məntəqələrinin 55-i xarici ölkələrdə yaradılıb.

Səhər saat 8-də başlayacaq səsverməni 48,5 min yerli, 1,3 min beynəlxalq müşahidəçi izləyəcək.

Səsvermə hüququ olan 3 milyon 528 min 658 nəfər qeydə alınıb.

Seçki prosesini 2,3 min jurnalist işıqlandıracaq.

Oktyabrın 28-də keçirilmiş ilk tura 25 namizəd qatılıb. İkinci tura sabiq xarici işlər nazirləri Salome Zurabişvili və Qriqol Vaşadzenin çıxıb. Müstəqil namizəd, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi deputat Salome Zurabişvili ilk turda 38,6 faiz, Vahid Milli Hərəkat Partiyasının üzvü, "Güc birlikdədir” müxalif hərəkatının dəstəklədiyi Qriqol Vaşadze 37,7 faiz səs toplayıb.

1952-ci il təvəllüdlü Salome Zurabişvili 2004-2005-ci illərdə, 1958-ci il təvəllüdlü Qriqol Vaşadze 2008-2012-ci illərdə xarici işlər naziri olub.

Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.

Novator.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo