18:33, 15 İyul 2019 (Bazar ertəsi) 185

Gürcüstan Sərhəd Polisi sərhəddə baş verən insidentə aydınlıq gətirib

Gürcüstan Sərhəd Polisi sərhəddə baş verən insidentə aydınlıq gətirib
Gürcüstan Sərhəd Polisinin sədr müavini  Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib.

Bu barədə "Report.az" xəbər verib.

Teymuraz Kupatadze  jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.

Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: "Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.