12:21, 09 Sentyabr 2019 (Bazar ertəsi) 45

Gürcüstanda aviaşirkətlərə yeni məhdudiyyətlər tətbiq olunacaq

Gürcüstanda aviaşirkətlərə yeni məhdudiyyətlər tətbiq olunacaq


/ DÜNYA
Gürcüstanda fəaliyyət göstərən xarici aviaşirkətlərə qarşı səs-küylə bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq.

"Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Yeni qaydalar artıq Gürcüstan aviaşirkətlərinə qarşı tətbiq olunmağa başlayıb.

Məhdudiyyətlərin məqsədi Gürcüstandakı hava limanlarında yaranan səs-küyün minimuma endirilməsidir. Yeni qayda ilə Gürcüstan Avropa İttifaqının "Ümumi Aviasiya Məkanı Sazişi” ilə nəzərdə tutulan tənzimləməni tam yerinə yetirmiş olacaq.

Gələn ildən qüvvəyə minəcək məhdudiyyətlər xarici ölkələrin dövlət, humanitar yardım daşıyan, ölkədə fövqəladə hallarda istifadə olunan, qeyri-kommersiya və texniki məqsədlərlə uçuşlar həyata keçirən təyyarələrə şamil olunmayacaq.