11:25, 16 Oktyabr 2020 (Cümə) 57

Gürcüstanda daha 887 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 887 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutkada daha 887 nəfərdə koronavirus aşkarlanıb, 246 nəfər sağalıb, 11 pasiyent ölüb.

Bu barədə "Report” məlumat yayıb.

Bununla da COVID-19-a ümumi yoluxma göstəricisi 15 327 nəfərə çatıb. Sağalanların sayı 7 613, ölənlərin sayı isə 124 olub.

Hazırda karantində 5 721, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.
1090 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.