14:17, 11 Yanvar 2019 (Cümə) 287

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə çatıb


/ DÜNYA
Gürcüstanın Kutaisi şəhərindəki tibb mərkəzlərindən birində 24 yaşlı gənc ağır qrip virusundan ölüb.

"Report”un xəbərinə görə, adı açıqlanmayın pasiyentin ölümünə səbəb "donuz qripi” adlandırılan A (H1N1) virusu səbəb olub.

Həkimlər deyib ki, həmin gənc xəstəxanaya gec müraciət edib.

Bu günə qədər qonşu ölkədə "donuz qripi”ndən 13 nəfər ölüb.