12:12, 24 İyun 2019 (Bazar ertəsi) 156

Gürcüstanda etirazçıların tələblərindən biri qəbul edilib

Gürcüstanda etirazçıların tələblərindən biri qəbul edilib


/ DÜNYA
Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

"Report.az” xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili bildirib.

Parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub. 

Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası, daha sonra isə partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun toplantısı keçirilib. Hər iki iclasda son günlər ölkədə cərəyan edən proseslər və etirazçıların tələbləri müzakirə olunub.