Dünya

Gürcüstanda karantin rejiminin müddəti uzadıldı

11 Yanvar, 2021
365
FOTO:İnterPress

Gürcüstanda karantin rejiminin müddəti uzadıldı

"Gürcüstanda koronavirus pandemiyası ilə əlaqəadar tətbiq olunan məhdudiyyətlər fevralın 1-dək qüvvədə qalacaq".

"Sputnik Gürcüstan"ın yanvarın 11-də verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava mətbuata açıqlamasında deyib.

Bildirilib ki, fevralın 1-dək ölkədə biznes sektoru və nəqliyyatın fəaliyyətinin təhlükəsiz şəraitdə bərpası ilə bağlı müzakirələr aparılacaq.

Məlumata görə, ölkədə "Pfizer”, "Moderna” və "AstraZeneka” vaksinlərinin tətbiqinin mümkünlüyünə baxılır. Vaksinlərin ölkəyə nə vaxt gətiriləcəyi hələlik məlum deyil. Turnava açıqlamasında Gürcüstanda Çin istehsalı olan hansısa vaksinin tətbiqi məsələsinin nəzərdən keçirilmədiyini qeyd edib.

Gürcüstanda karantin rejimi ilə əlaqədar olaraq, dekabrın ortasından etibarən şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinə, ticarət obyektlərinə, açıq və qapalı bazarların fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo