10:26, 04 Aprel 2020 (Şənbə) 167

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 156-ya yüksəlib.

"Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Koronaviruslu xəstələrin 28-i sağalıb. Karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər saxlanılır.

Hazırda qonşu ölkədə 128 aktiv COVID-19 infeksiyası daşıyıcısı var.