11:28, 11 May 2020 (Bazar ertəsi) 151

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı: 638 nəfər

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı: 638 nəfər
Gürcüstanda daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı "stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb. 

Qonşu ölkədə koronavirus səbəbi ilə 4896 nəfərin karantində saxlanıldığı, 444 nəfər isə stasionar şəraitdə müalicə olunduğu bildirilib. Yoluxanlardan 317-si sağalıb, 10-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.