10:54, 28 Mart 2020 (Şənbə) 197

Gürcüstanda koronavirusa yoluxanların sayı 85-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 85-ə çatıb
Gürcüstanda COVID-19 infeksiyasına yoluxma hallarının sayı 85-ə yüksəlib.

"Report”  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Hazırda karantində 4 641, stasionar nəzarətdə isə 239 nəfər saxlanılır.

Qonşu ölkədə kornavirusdan 14 nəfər sağalıb. Hazırda aktiv virus daşıyıcılarının sayı 71 nəfər təşkil edir.