19:29, 03 Noyabr 2018 (Şənbə) 139

Gürcüstanda mədənçilər etiraz aksiyasını dayandırıb

Gürcüstanda mədənçilər etiraz aksiyasını dayandırıb


/ DÜNYA
Gürcüstanın Tkibuli şəhərindəki Dzidziquri adına mədəndə etiraz edən 25-ə yaxın şaxtaçı aksiyanı dayandırıb.

"Report”un xəbərinə görə, mədən rəhbərliyi və Tkibuli meriyası şaxtaçıların tələblərini yerinə yetirəcəklərinə söz veriblər.

Tkibulidəki mədənlərdə istehsalat prosesi bərpa olunana qədər şaxtaçıların əmək haqları tam ödəniləcək. Mədənlərin fəaliyyəti isə dekabr ayından etibarən bərpa olunacaq.

Noyabrın 2-i Dzizdziquri mədəninə enən 25-ə yaxın şaxtaçı oradan çıxmayıb. Onlar 300 metr dərinlikdə qalaraq tələbləri yerinə yetirilməyənədək oradan çıxmayacaqlarını bildiriblər. Fəhlələr mədənlərdə istehsalat prosesinin dərhal bərpa olunması və təhlükəsizlik normalarının maksimum təmin olunmasını tələb edirdilər.