20:52, 13 İyun 2019 (Cümə axşamı) 72

Gürcüstanda məhsulu sata bilməyən azərbaycanlılar etiraz aksiyası keçirib

Gürcüstanda məhsulu sata bilməyən azərbaycanlılar etiraz aksiyası keçirib


/ DÜNYA
Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.

Bu barədə "Report.az" məlumat yayıb.

Sakinlərin deyib ki, xarici ölkələrdən Gürcüstana xeyli pomidor idxal olunduğundan onların məhsulu 20 tetriyə belə satılmır.

Kənd sakini Tamaz Məmmədov məhsulun yetişdirilməsi üçün bankdan kredit götürdüyünü bildirib: "Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.

İstehsalçılar etirazlarını pomidoru ayaq altına alaraq nümayiş etdiriblər.