17:58, 12 Dekabr 2019 (Cümə axşamı) 96

Gürcüstanda müxalif deputatın mandatı alınıb

Gürcüstanda müxalif deputatın mandatı alınıb


/ DÜNYA
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Nika Melianın deputatlıq fəaliyyətinə son qoyulub.

APA informasiya agentliyi xəbər verir ki, Gürcüstan parlamentində keçirilən səsvermədə 88 millət vəkili N.Melianın mandatının alınmasına səs verib. Parlamentin sədri Arçil Talakvadze qərarın qəbul edildiyi müddətdən qüvvədə olduğunu açıqlayıb.

N.Melia iyunun 20-21-də Tbilisidə keçirilən aksiyalar zamanı polislə vətəndaşlar arasında yaranan qarşıdurmanın, mitinqlərin təşkilində və aksiyalarda liderlik etməkdə təqsirləndirilərək saxlanılıb.

İyunun 27-də 30 min lari müqabilində azadlığa buraxılan sabiq millət vəkilinin qoluna elektron qolbaq taxılıb və pasportu əlindən alınıb.