14:41, 17 İyun 2019 (Bazar ertəsi) 68

Gürcüstanda prezidentin istefası üçün aksiya keçirilib

Gürcüstanda prezidentin istefası üçün aksiya keçirilib


/ DÜNYA
Tbilisidə Gürcüstan prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib.

Bu barədə "Report.az" xəbər verib.

Aksiyanı "Birlikdə evdə - Gürcüstanda” təşkilatının üzvləri prezident Salome Zurabişvilinin istefasını tələb ediblər.

Aksiya iştirakçıları sarayın qarşısına kartof kisələri gətiriblər.

Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: "Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən ilin noyabrında ölkədə keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasını S.Zurabişvilinin xeyrinə seçicilərin səslərini kartof və soğanla satın almaqda ittiham ediblər.