Dünya

Gürcüstanda qadın deputat həmkarını sillələyib

27 Sentyabr, 2019
1902
Gürcüstan parlamentinin hüquqi məsələlər komitəsinin iclasında qarışıqlıq yaranıb, qadın deputat həmkarının təhqiramiz saydığı sözlərinə görə onu sillələyib.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərdə deyilir ki, Eka Beseliya deyir ki, Vano Zardiaşvili 26 sentyabr iclası zamanı onun əxlaqı barədə şərh verincə məsələni özü həll etmək qərarına gəlib. Yanvarda xanım deputatın şəxsi həyatına dair özünün xəbəri olmadan çəkilmiş videosu yayılmışdı.

Beseliya Gürcüstanın əsasən kişilərin nəzarətində olan siyasətində azsaylı qadın deputatlardandır. O, insidentdən dərhal sonra jurnalistlərə deyib ki, hərəkətlərinə görə "heç kəsdən üzr istəmək” fikri yoxdur. Deputat əlavə edib ki, hakim Gürcü Arzusu partiyası və onun milyarder lideri Bidzina Ivanishvili Zardiashvili-nin qəsdən törətdiyi "provokasiya” üçün məsuliyyət daşıyır.

"Heç kəsin keçməsinə icazə verməyəcəyim bir xətt var… Nə vaxt buna bənzər nəsə desə, eyni cavabı alacaq”, – partiyanın keçmiş üzvü olan Beselia söyləyib.

"O, layiq olduğunu aldı”, – deputat qadın sözlərinə əlavə edib.

Zardiashvili isə Beselia-nın ittihamını mübahisələndirib, deyib ki, "mənim əxlaqım Beselia-nınkı kimi deyil” deyəndə məqsədi həmkarını təhqir etmək olmayıb.

"Xanım Eka Beselia-ya gəlincə, onu təhqir etməmişəm. O, daim özünü siyasi prosesdə bərqərar etməyə çalışır”, – deputat söyləyib.

Vaxtilə Gürcü Arzusu-nun aparıcı üzvü olan Beselia yazda 10-dan artıq həmkarıyla birlikdə partiyanı tərk elədi. Səbəb onun parlament komitəsinin sədri vəzifəsindən kənarlaşdırılması idi.

Beselia partiyanın onun videolarının çəkilişini və internetdə yayılmasını təşkil etməkdə suçlayıb.

Bir qrup fəal sentyabrın 27-də Beselia-ya dəstək ifadə etməkdən ötrü parlament binası qarşısında piket planlaşdırır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo