10:55, 31 Oktyabr 2019 (Cümə axşamı) 36

Gürcüstandan siqaret idxalı 2,5 dəfə azaldılıb

Gürcüstandan siqaret idxalı 2,5 dəfə azaldılıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 1 648,238 ton siqaret və digər tütün məmulatları idxal edib. 

Report xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

9 ay ərzində qonşu ölkədən Azərbaycana ixrac olunan tütün məlumatlarının ümumi dəyəri 28,48 milyon ABŞ dolları təşkil edib.