Dünya

Gürcüstanın baş naziri və digər iki yeni nazirin adı açıqlanıb

3 Sentyabr, 2019
383
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

Xəbər barədə "Report”məlumat verib.

Xəbərdə deyilir ki hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. O, bundan öncə iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub. 

G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir. 

Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib. 

Bundan başqa Gürcüstanın daxili işlər, həmçinin müdafiə naziri vəzifələrinə yeni təyinat olub.

Vaxtanq Qomelauri daxili işlər naziri, İrakli Qaribaşvili isə müdafiə naziri vəzifəsinə təyin olunub.

V.Qomelauri əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, İ.Qaribaşvili isə hakim Gürcü Arzusu Partiyasının siyasi katibi vəzifəsində işləyib. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo