11:14, 09 Oktyabr 2019 (Çərşənbə) 593

Gürcüstanın baş prokurorunun istefası tələb olunur

Gürcüstanın baş prokurorunun istefası tələb olunur


/ DÜNYA
Gürcüstanın baş prokuroru Şalva Tadumadzenin diplomunun saxta olduğu üzə çıxıb, istefası tələb olunur.

Bu barədə "Report” xəbər verir.

Ş.Tadumadzenin ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub.

Sənədə əsasə, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.

Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.

Parlament müxalifəti Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.

Şalva Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokurorudur.