22:19, 27 İyun 2019 (Cümə axşamı) 59

Gürcüstanın daxili işlər naziri istefa verməyəcəyini deyib

Gürcüstanın daxili işlər naziri istefa verməyəcəyini deyib


/ DÜNYA
"Polis əməkdaşlarının tətbiq etdiyi gücün proporsionallığı ilə bağlı məsələyə nöqtə qoyulmayana qədər, mən vəzifəmdə qalacağam”.

Bu sözləri Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərlə görüşdə bildirib.

Bu barədə "Report” məlumat yayıb.

Nazir hər bir polis əməkdaşını müdafiə edəcəyini də qeyd edib: "Bu gün vətəndaşlarımız polis əməkdaşlarına "bullinq”ə bənzər xalq məhkəməsi qururlar. Bu, yolverilməzdir”.

DİN rəhbəri bildirib ki, polis gücünün proporsionallığı ilə bağlı müəyyən suallar var və onlar araşdırılmalıdır.