13:35, 18 İyun 2019 (Çərşənbə axşamı) 110

Gürcüstanın sosial müdafiə naziri istefa verib

Gürcüstanın sosial müdafiə naziri istefa verib


/ DÜNYA
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.

Bu barədə "Report” xəbər verib.

Xəbərdə deyilir ki, bunu, özü jurnalistlərə bildirib.

Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib.

D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.
 
David Sergeenkonun yerinə bu vəzifə Saçxere klinikasının direktoru Yekaterina Tikaradzeyə həvalə edilib.  

D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.