15:49, 11 Oktyabr 2019 (Cümə) 63

Gürcüstanın XİN başçısı Keşikçi dağla bağlı parlamentə çağırılıb

Gürcüstanın XİN başçısı Keşikçi dağla bağlı parlamentə çağırılıb


/ DÜNYA
Gürcüstanın xarici işlər naziri David Zalkaliani noyabrın 29-da parlamentin plenar iclasında çıxış edəcək.

Bu barədə "Report”un yerli bürosu məlumat verir.

Verilən məlumata görə, naziri qanunverici orqana Vətənpərvərlər Alyansı Partiyası çağırıb.

XİN başçısının parlamentə çağırılmasının səbəbi Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında inkişaf edən hadisələrdir.

Reqlamentə əsasən, D.Zalkaliani deputatlar qarşısında çıxış edərək onların suallarını cavablandıracaq. Daha sonra siyasi debatların keçiriləcəyi nəzərdə tutulub.