18:54, 16 Avqust 2019 (Cümə) 76

Hafiz Babalı "Azad Media - 2019" mükafatına layiq görülüb

Hafiz Babalı
Araşdırmaçı jurnalist Hafiz Babalı "Azad Media - 2019" mükafatına layiq görülüb.

Hafiz Babalını mükafata namizəd kimi Emin Hüseynov göstərib. 

Jurnalist Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) sədr müavinidir. 

Bundan başqa, o,  "Turan" İnformasiya Agentliyi , "Azadlıq" Radiosu, "Meydan TV və "Açıq Azərbaycan" kimi müstəqil media quruluşları üçün yazılar yazır.

Hafiz Babalı Azərbaycanda çirkli pulların yuyulması haqqında geniş yazılar yazıb.

Daha əvvələr bu mükafata Azərbaycandan Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayıl, Mehman Hüseynov, Seymur Həzi layiq görülüblər.

Mükafat "Fritta Ord” Fondu və "ZEİT” Fondu  tərəfindən təsis edilib. Əsasən post-sovet ölkələrində jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslərə verilir.

Bu ilki mükafata onlayn "7x7 qəzeti”, Moskvanın İnsayder müstəqil media platforması, Ermənistanın "CivilNet” media platforması, müstəqil həftəlik "Novoe Vremya” jurnalı və Hafiz Babalı layiq görülüb.
 
 

"Fritt Ord” Fondunun icraçı direktoru Knut Olavamos deyib ki, ildən ilə mükafata layiq namizədlərin sayı artığı üçün mükafatların sayı artırılıb.

"2019-cu il üçün "Azad KİV” mükafatını  korrupsiyanı, mütəşəkkil cinayətkarlığı, insan hüquqları pozuntularını və hakimiyyətdən sui-istifadəni çox mühüm yollarla ifşa edən, cəmiyyətə xidmət edən əhəmiyyətli jurnalistlərlə fəal şəkildə işləyən cəsur jurnalistlərdir”, - K.Olavamos deyib.

Əbülfət Baxşəli