Sosial

“Hakimiyyət karantinlə bağlı məsələlərdə bəzi səhvlərə yol verir”

2 Aprel, 2020
2437
Azərbaycandakı partiyalar hökumətin koronavirusla(Covid-19) mübarizəsini necə qiymətləndirir? 

Toplum TV bu sualla partiyalara müraciət edib. 

Arif Hacılı: "Azərbaycan hakimiyyəti karantinlə bağlı məsələlərdə bəzi səhvlərə yol verir”

 
 

"Koronavirusa görə ölkədə karantin rejiminin elan olunması, məktəb və universitetlərin, bir çox iş yerlərinin bağlanması, hərəkətin məhdudlaşdırılması düzgün qərardır” , - Müsavat partiyası başqanı Arif Hacılı belə deyir. 

Ancaq o hakimiyyətin karantinlə bağlı məsələlərdə bəzi səhvlərə yol verdiyini də bildirir. 

"Marketlərdə satıcıların və alıcıların qorunması işi yaxşı təşkil olunmayıb. Apteklərdə spirt, əlcək və maska tapılmır. Bir çox hallarda süni qiymət artımına yol verilib”. 

Onun sözlərinə görə, maska, əlcək və spirtin istehsalı artırılmalı, bu məqsədlə müəssisələr yaradılmalıdır. 

Müsavat başqanı bunlarla yanaşı ciddi iqtisadi problemlərin də olduğunu bildirir. 

A.Hacılı deyir ki, bir çox ölkələrdə xırda və orta biznesin xilas edilməsi üçün böyük işlər görüldüyü halda Azərbaycan hakimiyyəti isə bunun əksini edir.

O, sosial sahədə də ciddi boşluqların olduğunu dilə gətirib: "Azərbaycanda 100 minlərlə ailə var ki, gündəlik qazanc hesabına dolanır. Lakin biz hər hansı sosial proqramların həyata keçirilməsinin şahidi olmuruq”.

Arif Hacılı hesab edir ki, proseslərin şəffaflığı da təmin edilməli, koronavirusa yoluxmanın dinamikası, yoluxan şəxslərin müalicəsi üçün hansı addımların atılması haqda saatbaşı məlumat verilməlidir.

Seymur Həzi: "Hökumət bu istiqamətdə daha həssas olsa...”

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi də sosial paketin zəif olmasından narahatdır.

Doğrudur, o da, karantin rejiminin elan olunmasını dəstəklədiyini deyir: "Əlbəttə, biz də tərəfdarıyıq ki, vətəndaşlar karantin rejiminə əməl etsinlər. Bunun üçün də çağırışlar edirik. Çünki bu vacib tədbirdir”. 

Ancaq AXCP sədrinin müavini vətəndaşların evdə qalması üçün onların müəyyən maddi tələbatlarının ödənilməli olduğunu bildirir. 

"Hökumət bu istiqamətdə daha həssas olsa, daha ciddi addımlar atsa daha yaxşı olar” , - S.Həzi deyə izah edir. 

Sərdar Cəlaloğlu: "Hökumət epidemiyanın yayıldığı hazırki dövr üçün bütün lazımi tədbirlərə əl atıb”
 
 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hökumətin gördüyü tədbirləri tam adekvat hesab edir. Onun fikrincə, atılan addımlar Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi tədbirlərə uyğundur. 

ADP sədrinin qənaətincə, bu məsələdə məsuliyyəti ilk növbədə vətəndaşların üzərinə düşür: "Dövlət nə qədər bu tədbirləri sərtləşdirsə də, vətəndaşlar könüllü şəkildə tədbirlərin həyata keçirilməsində iştirak etməsə, problem ağırlaşmaqda, infeksiya da yayılmaqda davam edəcək. İlk növbədə məsuliyyət vətəndaşların üzərinə düşür”. 

S.Cəlaloğlunun qənaətincə, hökumətin qoyduğu qaydalara əməl edilmədiyi halda daha ciddi, fövqəladə tədbirlər həyata keçirilməlidir.

Ruslan İzzətli: "Dövlət sosial problemləri həll etməlidir ki, insanlar evdə qala bilsin”
 
 

 D18 hərəkatı başqanı Ruslan İzzətli hesab edir ki, sosial sahədə addımlar atmayınca "evdə qal” kampaniyasının heç bir əhəmiyyəti olmayacaq. 

"On minlərlə insan fərdi şəkildə işləyib ailəsini saxlayır, kirayə haqqı, kommunal xərclər ödəyir. Əgər dövlət bu insanlara yardım etməsə, onları evdə saxlaya biləcəkmi? İndiki halda virusun qarşısının alınmasında ən effektiv yollardan biri "evdə qal” kampaniyasıdır, amma insanların da evdə qalması üçün dövlət üzərinə düşən addımları atmalıdır. Yəni "evdə qal, virusdan qorun” evdə qalıb acından ölmək olmamalıdır”, – Ruslan İzzətli bildirib. 

O, bank kreditlərinin 3 aylıq dondurulmasının, kommunal xidmətlərdə güzəştlər edilməsinin, aztəminatlı ailələrə dövlətin ən azı 500 manat məbləğində yardım etməsinin vacibliyini də vurğulayıb.

"Körpə uşağına bez və qida ala bilməyən ailələr var. Biz D18 hərəkatı olaraq müəyyən insanlara yardım edirik. Amma hər kəsə yardım etmək bizim imkanımız xaricindədir, axı. Dövlət sosial problemləri həll etməlidir ki, insanlar evdə qala bilsin. Yoxsa inzibati resurslarla, qorxuyla, polisi küçəyə tökməklə, daxili qoşunları yeritməklə problem həll olmaz”, – başqan əlavə edib. 

İqbal Ağazadə: "Görülən tədbirləri tək hakimiyyətin görəcəyi bir iş kimi qiymətləndirmək lazım deyil”
 
 

"Təqdim olunan tədbirlər paketi təqdirəlayiqdir. Daha çox çalışmaq lazımdır ki, heç kim bu prosesdən kənarda qalmasın. Sosial baxımdan ən müdafiəsiz kəsim belə məlumatlandırılmalıdır. Azərbaycan həm öz, həm də dünya təcrübəsindən istifadə edir. Hesab edirəm ki, indiki addımlar kafidir və bunu davam etdirmək lazımdır”, – Ümid Partiyasının sədri İqbal Ağazadə deyir. 

O da hesab edir ki, cəmiyyət də bu prosesdə hökummətə kömək etməlidir. 

"Görülən tədbirləri də tək hakimiyyətin görəcəyi bir iş kimi qiymətləndirmək lazım deyil. Düşünürəm ki, hansı ölkə bu prosesə belə yanaşıbsa, virusun miqyasının genişlənməsinin qarşısını ala bilib. Kimlərsə məsələnin həlli yolunu ayrı-ayrı qurupların öhdəsinə buraxıbsa, onlar ziyan çəkib. Biz çalışmalıyıq ki, bu prosesdən daha az itki ilə çıxaq”, – o əlavə edib. 

İlqar Məmmədov: "Fövqəladə maddi yardım etmək üçün dövlətin uyğun infrastrukturu yoxdur”
 
 

"Koronavirusla əlaqədar hər vətəndaşa 200 manat kompensasiya təklifimiz var. Lakin föqəladə madii yardım üçün dövlətin uyğun infrastrukturu yoxdur”, – bu sözləri REAL partiyası sədri İlqar Məmmədov "Facebook” sosial şəbəkəsində yazıb.

O, kommunal xidmətlərin, bəzi kreditlərin, kiçik və orta biznes üçün icarə haqlarının bağışlanması təklifini irəli sürsə də, bunun üçün də dövlətin infrastrukturunun olmamasını bildirib. 

"Karantin dövrü davam etdikcə vətəndaşlara 200 manat aylıq maddi dəstək edilməlidir. Yoxsa bir az da belə davam etsə, yoxsul ailələr tamamilə ac qalacaq”, –  İ.Məmmədov belə hesab edir. 

Sabir Rüstəmxanlı : "Qısa müddətdə ciddi addımlar atılıb”
 
 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı də dövlət əlindən gələn işləri gördüyünü, bir sıra qabaqcıl ölkələrdən daha hazırlıqlı göründüyünü söyləyir: "Qısa müddətdə ciddi addımlar atılıb. Yeni klinikalar açılıb, ölkəyə avadanlıqlar gətirilib. Fikrimcə, dövlət bu məsələdə üzərinə düşən öhdəliyi yerinə yetirməyə çalışır”. 

Onun sözlərinə görə, vətəndaşların biganəliyi, qadağalara-qanunlara baxmayaraq küçələrə çıxması dövləti daha ciddi addımlar atmağa məcbur edir. 

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo