18:24, 03 Yanvar 2019 (Cümə axşamı) 178

Hava Limanı-Bilgəh yolunda sürət həddi azaldılıb

Hava Limanı-Bilgəh yolunda sürət həddi azaldılıb
Bakı Nəqliyyat Agentliyi (BNA) Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddini 20 km/saat endirib.

"Report”-un xəbərinə görə, bu barədə BNA-nın məlumatında bildirilir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir:
"Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.