12:41, 28 May 2019 (Çərşənbə axşamı) 388

"Heç biz bilmirik evimizi neçə manatdan satmışıq" - Sakinlər

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yaşayan sakinlərə yol çəkiləcəyi üçün evlərinin söküləcəyi bildirilib. 

Yol tikintisini Azəravtoyol həyata keçirəcək.

Sakinlər deyir ki, onlara imza atdırılan sənəddə kompensasiya məbləği göstərilməyib. Onlar isə hesablarına köçürülən məbləğlə razı deyillər.

Imza atıldıqdan sonra dəfələrlə müraciət etsələr də işə baxan olmayıb.

Sakinlər yaşayış yerini tərk etmələri üçün təzyiqlərlə üzləşdiyini deyirlər.

Nərgiz Absalamova