14:45, 11 İyun 2019 (Çərşənbə axşamı) 43

Həcc ziyarətinə müraciət edənlərin sayı açıqlanıb

Həcc ziyarətinə  müraciət edənlərin sayı açıqlanıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib.

Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report”un sorğusuna cavab olaraq  bildirilib. 

Həcc ziyarətinə getmək üçün sənədlərini təqdim edənlərdən 60-a yaxını təkrar ziyarətə getmək istəyənlərdir.

Bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il otellər də fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları təşkil edir. Ötən il bu qiymət 4150 dollar idi. 

Bildirilir ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir.