18:24, 24 Oktyabr 2020 (Şənbə) 118

Həkim: “Yoluxmalar dördrəqəmli saya çatsa, sərt karantin qaçılmaz olacaq”

Həkim: “Yoluxmalar dördrəqəmli saya çatsa, sərt karantin qaçılmaz olacaq”
Son günlərdə Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında yenidən artım müşahidə edilir. Oktyabrın 16-23-ü arası bu artım 300-dən 800-ə çatıb.

"Bu, Azərbaycanda 2-ci dalğadır”

Tibb elmləri doktoru Adil Qeybulla "Toplum TV"-yə deyib ki, artım bütün dünyada var,  bəzi ölkələrdə 3-cü dalğa müşahidə olunur, Azərbaycanda isə bu, 2-ci dalğadır.
 

Həkimin sözlərinə görə, son günlərdəki artım cəbhə bölgəsində davam edən döyüşlərlə də əlaqəlidir: "Son vaxtlar vətən uğrunda gedən haqq savaşının doğurduğu emosional vəziyyət insanları bir növ arxayınlaşdırıb və pandemiyanın arxa plana keçirib. Qapalı mühitdə karantin qaydalarına əməl edilməməsi də xeyli yoluxma potensialı yaratdı. Rayonlara gediş-gəlişdə müəyyən boşluqlar oldu. Bunlar da artıma gətirib çıxardı".
Adil Qeybullanın fikrincə, karantin qaydalarında stasionar sərtləşdirilmələr ola bilər:
"Artıq müəyyən addımlar atılıb, bəzi şəhər və rayonlara giriş-çıxış, ictimai nəqliyyatın həftəsonu fəaliyyəti qadağan olunub. Belə qadağalar arta bilər. Ya əhali şüurlu şəkildə karantin qaydalarına əməl etməlidir, ya da dövlət vacib olan sərt tədbirlərə əl atacaq. Yoluxmanın qarşısını almaq üçün başqa variant yoxdur”.

"3 səbəbdən artım oldu – metronun açılması, təhsilin əyani davam etdirilməsi və insanların arxayınlaşması”

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloqdeyib ki, məktəblərin açılması vyoluxma sayında artıma səbəb olub: "Uşağını məktəbə gətirən valideynlər ictimai nəqliyyatda sıxlıq yaradırlar. Onlar məktəb ləzavimatları almaq üçün mağazalara gedəndə də sıxlıq yaradırlar. Karantin yumşaldılandan sonra artım olmamışdı, ancaq məktəblər və metro açılandan sonra vəziyyət dəyişdi”.
Aydın Əliyev bu artıçı 2-ci dalğa hesab etmir: "2-ci dalğa o vaxt olardı ki, bizdə karantin rejimi eyni qaydada qalardı, azalma olardı, sonra artım başlayardı. Amma artım yumşalma sayəsində oldu”.
 

A.Əliyev qeyd edib ki,  yoluxmalar dördrəqəmli saya yüksəlsə, sərt karantin rejimi qaçılmaz olacaq: "Bunun baş verməməsi üçün KİV-də,  bütün reklam posterlərində, nəqliyyatda – hər yerdə maarifləndirmə işi aparılmalıdır. Məlumatlandırma var, amma azdır. Ona görə də insanlar problemə ciddi yanaşmırlar. Avtobuslardakı sıxlıq, liftlərə 5-6 nəfərin birdən daxil olması maarifləndirmənin az olduğunu göstərir”.
 

 
TƏBİB-in sözçüsü Rəvanə Əliyeva "Toplum TV"-yə  deyib ki, karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı qərarlar Operativ Qərargah tərəfindən verilir: "Bu çəsələnin TƏBİB-ə aidiyyatı yoxdur. Yoluxma sayının artmasına gəlincə, mən həkim deyiləm. Həm də mənim vəzifəm dəyişib, müvəqqəti olaraq suallara cavab verirəm".

 
"Mən ehtimallarla danışa bilmərəm, rəsmi qərar olanda, elan edirəm” - bu isə Nazirlər Kabinetinin mətbuat xidmətinin katibi İbrahim Məmmədovun "Toplum TV"-yə dedikləridir.

2019-cu ilin sonlarında dünyada  koronavirusun yeni növü aşkar edilib.  
2020-ci ilin mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı virusun yayılma səviyyəsinə istinadən pandemiya elan edib.
Sonuncu statisyikaya görə: Azərbaycanda koronavirusa yoluxanların sayı 43.013, sağalanların sayı 41.051,  ölənlərin sayı isə 664 nəfərdir.
Dünya üzrə ümumi yoluxma sayı  42.589.182,  sağalma sayı 31.477.764, ölüm sayı isə 1.150.833-dür.

Elmar Əziz