10:58, 18 Mart 2019 (Bazar ertəsi) 478

Hərbi hissələrdə "Açıq qapı" günü keçirilib

Hərbi hissələrdə
Martın 17-də Novruz bayramı münasibəti ilə hərbi hissələrdə əsgər valideynləri, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinə "Açıq qapı” günü keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti də hərbi hissələrdən birində təşkil edilən "Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak ediblər.

"Tədbirdə hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər”, nazirlik bildirir.

Son illər Azərbaycandakı hərbi hissələrdə bayramlar ərəfəsində belə tdbirlər keçirilir.

Bu il bahar fəsli Azərbaycana martın 21-də saat 01:58-də qədəm qoymalıdır.