18:40, 23 Mart 2020 (Bazar ertəsi) 42

Hərəkat sədri mobil operatorlara çağırış etdi

Hərəkat sədri mobil operatorlara çağırış etdi
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad Ibadoğlu mobil operatorları və internet provayderləri sosial məsuliyyət təşəbbüsü üzrə nümunə göstərməyə çağırıb.

O bu barədə öz feysbuk hesabında yazıb.

İqtisadçı təklif edib ki,” COVİD-19” pandemiyası ilə bağlı əhalinin evdə qalmasını stimullaşdırmaq üçün mobil operatorlar müştərilərinə hər ay 50 geqabayt internet paketi hədiyyə etsin: 

""Azercell”, "Bakcell” və "Nar” sosial məsuliyyət təşəbbüsü üzrə nümunə göstərin. Bu çətin günlərdə müştərilərinizin yanında olun, onları darıxmağa qoymayın”.

Qubad İbadoğlu eyni zamanda "Bakinternet”, "Citynet” və digər internet provayderlərə yaxın 3 ayda tariflərində 50 faiz endirim etməyi təklif edib.

İqtisadçı qeyd edib ki, Avropanın bəzi ölkələrində  "COVİD-19” pandemiyasına görə 1 həftə bundan əvvəl  "T-Mobile” 100 geqabayt internet paketinin müştərilərə hədiyyə kampaniyasına start verilib: " ABŞ-a gəlincə, burda mobil telefon operatorları müştərilərinə 5G planı üzrə limitsiz internet təqdim edir”.

Elmar Əziz