Həsən Həsənov
FOTO:Sosial media
Prezident İlham Əliyev Həsən Həsənovla bağlı sərəncam verib.
Prezidentin rəsmi saytının yanvarın 8-də verdiyi xəbərə görə, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İlham Əliyevin digər sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Nərgiz Qurbanova bundan əvvəl Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
XƏBƏRLƏR