FOTO: BBC.com
"ABŞ prezidenti hakimiyyət illəri ərzində öz ölkəsini fəlakətə sürüklədi”
"RİA Novosti"nin yanvarın 7-də verdiyi xəbərə görə, bunu Vaşinqtondakı hadisələri şərh edən İran prezidenti Həsən Ruhani söyləyib.
"ABŞ-da müşahidə etdiklərimiz Qərb demokratiyasının nə qədər kövrək, fundamentinin nə qədər zəif olduğunu göstərir. Bir populist (hakimiyyətə) gəldi və dörd il ərzində öz ölkəsini fəlakətə sürüklədi, ABŞ-ın bütün dünya ilə münasibətlərini korlayaraq nüfuzuna ağır zərbə endirdi”, - Ruhani İran televiziyasındakı çıxışında söyləyib.
"Hakimiyyəti qeyri-sağlam adam mənimsəyəndə həm ölkəsinə, həm də bütün dünyaya hansı problemlər yaratdığını görürük”, - İran prezidenti əlavə edib.
Ruhani ümid edir ki, baş verənlər həm başqa ölkələr, həm də gələcək Amerika liderləri üçün dərs olacaq: "Biz ümid edirik ki, bütün dünyada və həmin ölkədə dövlət idarəçiliyindən başı çıxmayan, yalnız ailə və şəxsi maraqlarını güdən savadsız insanlar kimi qorxulu nümunələr daha az olacaq”.
XƏBƏRLƏR