15:25, 07 Oktyabr 2019 (Bazar ertəsi) 476

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov tutulub.

Müəyyənləşib ki, oktyabrın 6-da, saat 18.00-da Biləcəri qəsəbə sakini N.Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Zərifə Novruz