Siyasət

Heydər Əliyev Fondu: Oqtay Gülalıyevlə bağlı hər 10 gündən bir qərar verilir

10 Dekabr, 2019
429
"Oqtay Gülalıyevin durumu ağır olaraq qalır. O, ağır komadadır. Hər gün qızdırması olur. Qanında və ağ ciyərində infeksiya olduğuna görə, ona bir ay ərzində antibiotiklər vurulub. Antibiotiklərin çox vurulması nəticəsində qara ciyərində və böyrəklərində kreatinin miqdarı artıb. Artıq 3 gündür antibiotiklərin qəbulunu dayandrıblar, böyrəyinə, qara ciyərinə görə dərmanlar vururlar."

Bu barədə hüquq müdafiəçisi Otqay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva AmerikanınSəsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həkimlər Oqtay Gülalıyevin nə vaxt komadan ayılacağı barədə heç nə deyə bilmir.

"Azərbaycanda cərahiyyə əməliyyatı 18 saat gec edildiyinə görə, Oqtay komaya düşüb. Ona görə də heç bir həkim onun neçə aydan sonra komadan ayılacağını deyə bilmir. Hər şey beynin özünü toparlamasından asılı olacaq.”

O ki, qaldı Heydər Əliyev Fondunun hüquq müdafiəçisinin müalicə xərclərini bundan sonra qarşılayıb-qarşılamayacağına, bu barədə hələ hər hansı xəbər yoxdur.

"Bir neçə gün öncə Heyrə Əliyev Fondunun nümayəndəsi ilə danışmışdıq, demişdilər ki, həkimlərin rəyindən asılı olaraq Amerika Xəstəxanasında saxlanıb-saxlanmaması barədə qərar verəcəklər. Bu gün həkimlər rəy verib ki, böyrəklərində və qara ciyərində kreatinin miqdarı artıb, müalicə davam etdirilir. Heydər Əliyev Fondunun nümayəndəsi hələ bizimlə əlaqə saxlamayıb. Bu səbəbdən də bundan sonra müalicə xərclərini qarşılayıb-qarşılamayacağından xəbərim yoxdur,”- deyə Füruzə Gülalıyeva müsahibəsində deyib.

Öz növbəsində, Heydər Əliyev Fondundan Amerikanın Səsinə bildiriblər ki, Oqtay Gülalıyevlə bağlı xəstənin vəziyyətinə uyğun olaraq hər on gündən bir qərar verilir.

"Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulda Amerika Xəstəxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə davam edir. Bundan əvvəl mətbuata verdiyimiz məlumatda da qeyd olunduğu kimi fond tərəfindən müalicəsinə dəstək göstərilən şəxslərlə bağlı mütəmadi olaraq müalicə müəssisəsindən 10 günlük hesabatlar daxil olur və həmin hesabatlar əsasında müalicənin sonrakı mərhələlələri ilə bağlı qərar verilir. O cümlədən də, Oqtay Gülalıyevlə bağlı hər 10 gündən bir xəstəxana fonda məlumat verir və xəstənin vəziyyətinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir” , Heydər Əliyev Fondunun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beynə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.

"Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo